“Azərbaycan Prezidenti
Bunu “Report”a açıqlamasında
“Necə ola bilər ki, bir komandada təmsil olunan, eyni siyasi əqidənin daşıyıcıları öz komanda yoldaşını şantaj etsin, qısqanclığa, paxıllığa və yaxud hansısa mənfi hisslərinə görə komanda yoldaşının gördüyü müsbət işləri ləkələsin, ictimaiyyətin gözündə aşağılasın. Belə yanaşma bütövlükdə dövlətə, xalqa vurulan zərbədir və əhali arasında çaşqınlıq yaradır” – deputat qeyd edib.
"Prezident haqlı olaraq aparılan islahatlara mane olan köhnə fikirli, müasirliyi qəbul etməyən, gündəlik iş prosesində ancaq şəxsi maraqlarını güdən, sağlam, dövlətə sədaqəti ilə seçilən peşəkar kadrları ləkələyən məmurlar barədə kəskin fikirlər səsləndirdi".
Nəsib MəhəməliyevMilli Məclisin deputatı &
N.Məhəməliyev vurğulayıb ki, belə halların qarşısının alınması üçün kadr təyinatlarının tam şəffaflıqla aparılması, mütləq savadlı, peşəkar kadrlara üstünlük verilməsi, qohumluq əlaqələri olan insanların eyni orqanlarda çalışmasının qarşısının alınması, qanunsuz himayədarlığın qarşısı alınmalıdır: “Təyinatlar, “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılmalıdır. Bu sahədə görülməli çox iş var. Məmurlar anlamalıdırlar ki, indi İKT əsridir və buna uyğun işlərini qurmalıdırlar. Hesab edirəm ki, heç bir vətəndaş saatlarla vaxt itirərək, boynu bükük şəkildə hansısa məmurun qapısında gözləməməlidir, öz evindən istənilən məmura müraciət edə bilməlidir. Bunun üçün dövlət idarəetmə sistemində çalışan məmurlar sosial şəbəkələrə açıq olmalıdırlar. Belə olan halda qanunsuz tələblər də olmayacaq”.