Deputat Tahir Mirkişili Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədr müavini seçilib

Deputat Tahir Mirkişili Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədr müavini seçilib Bakı. 27 iyun. REPORT.AZ/ Brüsseldə Avronest Parlament Assamblyasının (PA) 7-ci sessiyası keçirilir.
Milli Məclis
27 İyun , 2018 09:49
Deputat Tahir Mirkişili Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədr müavini seçilib
Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili / Report
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Brüsseldə Avronest Parlament Assamblyasının (PA) 7-ci sessiyası keçirilir.

"Report"un xəbərinə görə, sessiyada təşkilat məsələlərinə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili Avronest Parlament Assamblyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.

Komitənin iclasında T.Mirkişilinin həmmüəllifi olduğu “Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzəsi səsvermə ilə qəbul edilib.

Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadə etməyin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib çixaracağı qeyd edilib. 

Avropa Birliyinə üzv ölkələrin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionunun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. 

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb. Məruzə ilə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələri enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırılıb.

Son xəbərlər

Orphus sistemi