Deputat Qarabağ komitəsinin yaradılmasını təklif edib

Deputat Qarabağ komitəsinin yaradılmasını təklif edib “Daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır”.
Milli Məclis
30 Sentyabr , 2019 13:19
Deputat Qarabağ komitəsinin yaradılmasını təklif edib

“Daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır”.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

T.Kərimli qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini detul, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk qrupunun yaradılması səhv addım idi”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzova T.Kərimliyə cavab olaraq deyib ki, ümummilli lider Heydər Əliyevin zamanında Dağlıq Qarabağ komitəsinin yaradılması müzakirə olundu, dinləmələr keçirildi: “Təəssüflər olsun ki, heç kəs yazılı formada təklif irəli sürmədi. Bir fikir məni narahat edir, tutaq ki, bu komitə yaradıldı, üzvlər kimlər olacaq? Milli Məclisin 125 deputatının hamısı istəyir ki, komitənin üzvü olsun. O zaman parlament olur Dağlıq Qarabağ komitəsi. Ona görə də kiməsə demək olmaz ki, sən bu komitənin üzv ol, ya da olma. Bu Vətən hamımızındır, hər birimiz Dağlıq Qarabağdan işğaldan azad edilməsini cani-dildən istəyən, silah götürüb vuruşmağa və bu yolda ölümə getməyə hazır olan insanlarıq. Ona görə də bunu parçalamaq, ayırmaq, kiçik bir çərçivəyə salmağın tərəfdarı deyiləm”.

Son xəbərlər

Orphus sistemi