Fransa kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu pozur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş konfransa çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü konfrans Fransanın XXI əsrdə həyata keçirdiyi müstəmləkəçilik siyasətinin bir daha ifşası üçün xüsusi əhəmiyyət daşıyır:
"Başqalarına insan hüquqları ilə bağlı barmaq silkələyən Fransa 1873-cü ildən bu günədək kanak xalqını müstəmləkə altında saxlayır. Biz hər keçən gün Yeni Kaledoniyada kanak xalqının sayının azaldığının, fransızların isə əksinə çoxaldığının şahidi oluruq. Bu da referendumlarda kanak xalqının səsini yüksəltməsinə imkan vermir. Bu gün kanak xalqı Fransa tərəfindən məcburi işə cəlb olunur. Fransa həmçinin kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu pozur".