Deputat: “Bəzən şəhid ailələri və qazilər məşğulluq üçün verilən avadanlıqları istifadə edə bilmirlər”

Deputat: “Bəzən şəhid ailələri və qazilər məşğulluq üçün verilən avadanlıqları istifadə edə bilmirlər” “Şəhid ailələri və ya qazilərə məşğulluqla bağlı verilən avadanlıqların istifadəsində müəyyən çətinliklər yaranır”.
Milli Məclis
25 Noyabr , 2022 13:09
Deputat: “Bəzən şəhid ailələri və qazilər məşğulluq üçün verilən avadanlıqları istifadə edə bilmirlər”
Qənirə Paşayeva

“Şəhid ailələri və ya qazilərə məşğulluqla bağlı verilən avadanlıqların istifadəsində müəyyən çətinliklər yaranır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxslərə avadanlıqlar verilsə də, yer olmadığı üçün həmin əşyalar ya öz evlərinə, ya da başqasının evinə qoyulur: “Məsələn, təkər yamamaq işi ilə bağlı avadanlıq verilir, təbii ki, bu işlə evin içində məşğul olmaq olmaz. Odur ki, avadanlıq verilirsə, bunun üçün yer də olmalıdır. Bəzi rayonlarda qazilərin məşğulluğu üçün torpaqların verilməsi ilə bağlı problem var”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, Vətən müharibəsindən bu günədək 9000 şəhid ailəsi, müharibə veteranı və əlilləri aktiv məğulluqla təmin olunub: "Növbəti illərdə bu istiqamətdə addımlar atılacaq. Bu günə qədər həmin təbəqəyə aid 16 mindən çox şəxs işə düzəlib. Məşğulluq proqramları çərçivəsində 4 il ərzində 400 minə yaxın işsizi işə düzəltmişik. Təqribən hər il 100 min şəxsi işə düzəldirik. Əlavə olaraq 55 min şəxs özünüməşğulluqla təmin edilib. Burada deputatlar bildirdilər ki, bəzən hər kəs özünüməşğulluq proqramına cəlb oluna bilmir. Bu proqramla ildə 15-16 min ailəni təmin edə bilirik. Müraciətlərin sayı isə bəzən 80-90 minə çatır".

Son xəbərlər

Orphus sistemi