Azərbaycan və Özbəkistan parlamentləri arasında əməkdaşlığa dair “Yol xəritəsi” imzalanıb

Azərbaycan və Özbəkistan parlamentləri arasında əməkdaşlığa dair “Yol xəritəsi” imzalanıb Azərbaycanın Milli Məclisi ilə Özbəkistanın Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb.
Milli Məclis
7 İyun , 2024 10:49
Azərbaycan və Özbəkistan parlamentləri arasında əməkdaşlığa dair “Yol xəritəsi” imzalanıb

Azərbaycanın Milli Məclisi ilə Özbəkistanın Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol xəritəsi") imzalanıb.

“Report”un məlumatına görə, sənədi Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistanın Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, dost və qardaş ölkələr, dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan "Yol xəritəsi"nin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi