Yuxarı
    Bağlamaq

    MTRŞ-nin monitorinq qrupunun üzvü: "Teleradio məkanında reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır"

    © Report

    Bakı. 5 yanvar. REPORT.AZ/ "Teleradio məkanında dil normalarının pozulması hallarına reklamlarda daha çox rast gəlinir".

    "Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

    Monitorinq qrupunun üzvünün sözlərinə görə, nəzərə alınmalıdır ki, ekran və efirdə dəfələrlə görüntülənən və eşitdirilən reklam mətnini zaman keçdikcə tamaşaçı və dinləyici bir norma, ədəbi fakt kimi qəbul edir: "Bu səbəbdən reklamların dil xüsusiyyətlərinə diqqət yetirmək çox vacib məsələdir. Çox təəssüf ki, efir-ekran reklamlarının ədəbi dil normalarına uyğun olanları yox dərəcəsindədir".

    O bildirib ki, reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır və ortaya bu sayaq qeyri-peşəkarlıq nümunələri çıxır: "Dilin qrammatik xüsusiyyətlərini bilmədən rus və ingilis dillərindən tərcümə edilən reklam mətnlərində əcaib, anlaşılmaz ifadə və sözlərin yaratdığı mənalar çox gülünc səslənir. Narahatlıq doğuran hallardan biri də reklam edilən məhsulların adlarının əcnəbi dildə (orijinalda olduğu kimi) yazılaraq tamaşaçıya göstərilməsidir. Reklamlarda göstərilən “Express kredit”, “Head & Shoulders”, “Melissa Group”, “Biopower”, “Mr. Fix”, “Dulce Gold” və s. kimi söz və ifadələrin yazılışı dilimizin imla qaydalarına uyğun deyil". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi