Yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu sabah başa çatır

Yeni xəbər kanalının açılması üzrə müsabiqəyə sənəd qəbulu sabah başa çatır Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu sabah başa çatır.
Media
10 Aprel , 2019 15:42

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu sabah başa çatır.

MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında deyib ki, bu günə qədər 3 iddiaçı müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Şuraya təqdim edib.

Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

O bildirib ki, sənədlərin qəbulu aprelin 11-i saat 18.00-da yekunlaşacaq: “Yekun olaraq Şuranın iclası keçiriləcək və qərar veriləcək”.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu martın 11-də başlayıb. 

Son xəbərlər

Orphus sistemi