“Trend” İnformasiya Agentliyi 21 yaşında

“Trend” İnformasiya Agentliyi 21 yaşında “Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars, ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir
Media
1 Sentyabr , 2016 10:58
“Trend” İnformasiya Agentliyi 21 yaşında

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Trend” İnformasiya Agentliyi (İA) ad gününü qeyd edir.

“Report”un xəbərinə görə, agentliyin 21 yaşı tamam olur.

“Trend” müstəqil informasiya agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb.

“Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars,ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Agentliyin tərəfdaşları sırasında "Deutsche Press Agentur" (Almaniya), "Xinhua" (Çin), "Cihan" (Türkiyə), IRNA dövlət agentliyi (İran), "RİA Novosti" (Rusiya), "Deutsche Welle" (Almaniya), "RosBusinessConsulting" (Rusiya), "Afghan Voice Agency" (Əfqanıstan), "Yonhap" (Cənubi Koreya), "Kavkaz-press" (Gürcüstan), "Maghreb Arab Press" Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, "Hovar" (Tacikistan), BTA (Bolqarıstan), "Ukrinform" (Ukrayna), "Kazinform" (Qazaxıstan), "Montsame" (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), "Jahon" (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var.

“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.

“Report” İnformasiya Agentliyinin kollektivi “Trend”də çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi