Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan televiziyaları
“Report” bununla bağlı televiziyaların mövqeyini təqdim edir.
ARB televiziyasının Mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli "Report"a deyib ki, dünən baş tutan tədbir olduqca böyük əhəmiyyət kəsb edirdi: “Hər bir televiziyaya lazımi raportlar verildi və biz də, öz növbəmizdə, bu iradları aparıcılarımıza çatdırıb bütün zəruri tədbirləri görəcəyik”.
"Lider" televiziyasının "Lider Xəbər" departamentinin rəhbəri Aynurə Vəliqızı "Report"a açıqlamasında təmsil etdiyi efir məkanı ilə bağlı qüsurların az olduğunu deyib: “Buna baxmayaraq, dünənki iclasdan qayıdan kimi xəbər və şou aparıcıları ilə danışıqlar oldu və onlara bəzi tövsiyələr verildi. Bir faktı da qeyd edim ki, televiziyamızda tanınmış dil mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təlimlər təşkil edilir. "Lider" televiziyası yaranandan bu məsələyə ciddi fikir verilir. İşimizi bundan sonra daha da gücləndirəcəyik. Gələcəkdə televiziyamızın bu cür siyahıda adının çəkilməsini istəmirik. Fəaliyyətimizi elə adımıza uyğun olaraq davam etdirmək niyyətindəyik”.
ATV kanalının İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu isə qeyd edib ki, televiziyalarda aparıcıların dil məsələsi ilə bağlı monitorinqlər hər zaman olub və bundan sonra da davam edəcək: “Təbii ki, televiziyaların üzərinə düşən vəzifə belə səhvlərə yol verməmək, səlis danışıq qabiliyyəti olan aparıcıları ön planda tutmaq və bu işi davam etdirməkdir. Efir zamanı bu sahədə müəyyən çatışmazlıqların olması qaçılmazdır. Əlimizdən gələni edəcəyik ki, bu kimi nöqsanlar maksimum dərəcədə az olsun. Həmişə öz işimizə məsuliyyətli yanaşmışıq, bundan sonra da belə olacaq. Hər gün mütəmadi şəkildə aparıcılarla efirdən sonra söhbət edirik”.
İctimai Televiziyadan "Report"a bildirilib ki, bu məsələ ilə bağlı müvafiq addımlar atılacaq.
"Xəzər" və "Space" televiziyalarından münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, MTRŞ-nın ötən gün keçirilən iclasında şura sədri