Bəzi bölgələrdə, xüsusilə sərhədyanı ərazilərdə FM analoq radio proqramlarının sayı paytaxt və böyük şəhərlərdəki radio proqramların sayından dəfələrlə azdır.
"Report"un xəbərinə görə, bu, "Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.
Qeyd edilib ki, hazırda Azərbaycanda FM analoq radio yayımı 40 Radio-Televiziya Yayım Stansiyasında müxtəlif güclü FM analoq radio yayım vericisi ilə həyata keçirilir. FM analoq radio yayımının ölkə ərazisində əhatəsi “Azərbaycan FM” üzrə təxminən 99 faiz “İctimai FM” üzrə təxminən 99 faiz təşkil edir, özəl FM analoq radio proqramlarında isə təxminən 40-90 faiz arasında dəyişir. FM analoq radio proqramları əsasən avtomobillərdə qəbul edilir. Bəzi bölgələrdə, xüsusilə sərhədyanı ərazilərdə FM analoq radio proqramlarının sayı paytaxt və böyük şəhərlərdəki radio proqramların sayından dəfələrlə azdır. Bu ərazilərdə radio proqramların sayının artırılması əsasən özəl FM analoq radio yayımçıları tərəfindən əlavə vericilərin quraşdırılmasını tələb edir ki, nəticədə bu yayımçıların istismar xərcləri əhəmiyyətli dərəcədə artır