​Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransının vaxtı dəyişdirilib

​Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransının vaxtı dəyişdirilib Tədbir saat 16:00-da “Four Seasons” hotelinin “Segah” zalında olacaq
Media
10 İyun , 2015 16:34
​Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransının vaxtı dəyişdirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da keçirilməsi nəzərdə tutulan birgə mətbuat konfransının vaxtı dəyişdirilib.

Prezident Administrasiyasından "Report"a bildirilib ki, tədbir sabah saat 16:00-da “Four Seasons” hotelinin “Segah” zalında olacaq.

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.

Son xəbərlər

Orphus sistemi