Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri vəzifəsindən gedib, yerinə Vado Korovin gətirilib

Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri vəzifəsindən gedib, yerinə Vado Korovin gətirilib Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri vəzifəsindən gedib.
Media
7 Fevral , 2023 11:52
Müşfiq Hətəmov Space TV-nin rəhbəri vəzifəsindən gedib, yerinə Vado Korovin gətirilib
Müşfiq Hətəmov

Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovinlə əvəz olunub.

Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.

Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Vado Korovin “Şən və Hazırcavablar” klubunda “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb.

Son xəbərlər

Orphus sistemi