İsmət Səttarov: "Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır"

İsmət Səttarov: "Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır" "Azərbaycanda bütün sahələrdə olduğu kimi peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır".
Media
8 May , 2023 10:28
İsmət Səttarov: Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır
İsmət Səttarov

“Azərbaycanda bütün sahələrdə olduğu kimi peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır”.

“Report”un xəbərinə görə, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov rəhbərlik etdiyi qurumun Medianın İnkişafı Agentliyi ilə birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hələ birinci dövrünə nəzər salarkən görmək olur ki, Heydər Əliyev Sovet dövründə Azərbaycanda mətbuatın inkişafı üçün misilsiz xidmətlər göstərib:

“Ümummilli Liderin səyi nəticəsində kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, mövcud medianın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradılıb. O dövrdə Ulu Öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlanmış, kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları görünüb. Bir sözlə Sovet mətbuatında ciddi qadağaların və senzuranın hökm sürdüyü bir vaxtda, Heydər Əliyev söz və mətbuat azadlığının əsasını qoyaraq, bunu Azərbaycanda dəyişməz həyat reallığına çevirib”.

O bildirib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı isə milli mətbuatımızın xaosdan, anarxiyadan qurtuluşunu, sosial məsuliyyətə əsaslanan söz azadlığı mühitinin yaranmasını təmin edib:

“Elə həmin dövrdən başlayaraq Azərbaycan mətbuatında yeni səhifə açılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz fikrini sərbəst ifadə etmək hüquqları təsbit olunub.1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar azad və sərbəst formada fəaliyyət göstərsin. 1998-ci ildə dövlət başçısı Heydər Əliyevin fərmanı ilə senzuranın ləğv edilməsi bu sahədə dönüş yaratmış, ölkədə yeni dövr jurnalistikasının yaranmasına yol açıb”.

İ.Səttarov vurğulayıb ki, azad mətbuatın inkişafına əngəl yaradan süni manelərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, media işçiləri ilə mütəmadi görüşlər kimi ənənələrin yaradılması Heydər Əliyevin azad sözə və media işçilərinə verdiyi dəyərin bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi