Erməni mətbuatının böhtan xarakterli yalanları

Erməni mətbuatının böhtan xarakterli yalanları Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
Media
12 Dekabr , 2022 21:10
Erməni mətbuatının böhtan xarakterli yalanları

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.

"Report" xəbər verir ki, Ermənistanın bəzi mətbu orqanları sosial şəbəkə hesablarında bununla bağlı yalan məlumat yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir.

"Baqramyan 26" adlı teleqram kanalında guya Azərbaycan Ordusunun Laçın dəhlizini bağladığı, Azərbaycan ərazisində yaşayan erməni əhalisini blokadaya saldığı barədə yalan məlumatlar yayılır. Belə ki, ermənilərin sərsəm dezinformasiya şəbəkəsi mülki təşkilatların dinc aksiyasını az qala hərbçilərin hücumu kimi qələmə verir.

Qeyd edək ki, Azərbaycan tərəfi bugünkü aksiyada yalnız ekoloqların iştirak etdiyini barədə məlumat yaymayıb. Etirazçılar arasında ekoloji fəallar daxil olmaqla, müxtəlif QHT-lərin nümayəndələri də var. Bütün dünyada olduğu kimi vətəndaş cəmiyyətinin nümayəndələri arasında da keçmiş hərbçilər də ola bilər. Lakin Ermənistanda hərbi cinayətkarların iqtidarda və müxalifətdə olması da ən biabırçı faktdır.

Son xəbərlər

Orphus sistemi