“Associated Press” (AP), CNN, “The New York Times” və “Reuters” kimi dünyanın ən nüfuzlu mətbu orqanlarının fotomüxbirləri oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailin dinc əhalisinə qarşı vəhşiliklərini çəkmək üçün dəvət olunmuş ola bilərlər.
“Report” xəbər verir ki, bunu İsrailin
QHT iddia edir ki, oktyabrın 7-də İsrailə hücum zamanı beynəlxalq xəbər agentliklərində çalışan fotojurnalistlər HƏMAS yaraqlılarını müşayiət ediblər.
Araşdırmanın nəticələri noyabrın 8-də dərc olunduqdan sonra təşkilatın saytı hakerlərin hücumuna uğrayıb və istifadəçilər üçün bir müddət əlçatmaz olub.
Təşkilatın fəalları oktyabrın 7-də İsrailin sərhəd bölgəsində çəkilmiş AP fotolarını araşdırıb və belə nəticəyə gəliblər ki, “Qara şənbə” hadisələri dörd peşəkar fotoqraf tərəfindən lentə alınıb. Fotoların bəzilərini CNN-də də işləyən frilanser Hassan Eslaya çəkib. O, yanan İsrail tankının fotosunu çəkib, daha sonra Kfar-Aza kibutsuna girən terrorçuları lentə alıb. Fotoqraf sosial şəbəkədə tankın qarşısındakı selfi də yerləşdirib (şəkil sonradan silinib), onun əynində press-jilet və dəbilqə olmayıb.
“The New York Times” qəzetində işləyən Yusif Məsud isə silahlılar tərəfindən israillilərin qaçırılmasını AP-nin müxbiri Əli Mahmudla birlikdə çəkib.
“Reuters” terror hücumu zamanı şübhəli şəkildə özlərini sərhəddə tapan iki fotoqrafın şəkillərini dərc edib. Hər iki fotoqraf İsrail ərazisində yanan İsrail tankının şəklini çəkib, onlardan biri isə ölmüş İsrail əsgərinin meyitini ələ salan kütləni çəkib.
“HonestReporting”qənaətinə görə, jurnalistlər həmin gün səhər HƏMAS ilə razılaşaraq terrorçularla birlikdə İsrail ərazisinə gəliblər.
AP agentliyi fotoqrafların adlarını öz məlumat bazasından silib.