"Son illər media müxtəlifliyi, istehsalı və yayımı uşaq hüquqlarının qorunmasını daha da aktual edir".
"Report" xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O təəssüflə bildirib ki, çoxsaylı informasiya resuslarında uşaqların əqli, fiziki və mənəvi inkişafına zərər verəcək məhsullara rast gəlinir: "Belə məhsullardan uşaqları qorumaq ilk növbədə valideynlərin və hüquqi təmsilçilərin üzərinə düşsə də, dövlətin xüsusi vəzifələri var. Ölkədə beynəlxalq təcrübə və qanunlar çərçivəsində uşaqların hüquqlarının qorunması üçün tədbirlər keçirilir. Tədbirlərin keçirilməsində məqsəd bu sahədə olan mövcud problemlərin həlli yollarının tapılmasıdır".