Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan
"Report" xəbər verir ki, tədbir AMEA və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Konfransda AMEA-nın prezidenti Akif Əlizadə, Mətbuat Şurasının sədri
AMEA prezidenti Akif Əlizadə akademiyanın mətbuatla münasibətindən danışıb. O qeyd edib ki, akademiyada mətbuatla bağlı ilk dəfədir belə bir tədbir keçirilir: "Belə konfranslar akademiya ilə media arasında olan münasibətləri möhkəmləndirir. Media bizimlə əl-ələ verib elmin dinamik inkişafına dəstək olmalıdır".
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, elm və jurnalistika bir yerdə olsa cəmiyyətin inkişafına daha böyük töhfələr verə bilər: "Elmsiz jurnalistika yoxdur. Son zamanlar həm təhsil sahəsində, həm Akademiyanın apardığı islahatlar bizə ümid verir ki, elmimiz inkişaf edir və edəcək. Biz bu gün nail olduqlarımıza görə milli mətbuatımıza minnətdarıq".
Ə.Amaşov AMEA-nın İctimaiyyətlə Əlaqələr xidmətinin rəhbəri Zülfüqar Fərzəliyevə Mətbuat Şurasının xüsusi diplomunu təqdim edib.
Sonra AMEA-nın xəbərlərini obyektiv, dolğun, davamlı yayımlayan, elmin inkişafına xidmət göstərdiyinə görə bir neçə KİV təltif olunub. Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyi də var.