YUNESKO-nun komitəsi Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”ni qəbul etməyib

YUNESKO-nun komitəsi Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”ni qəbul etməyib Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylının geri qaytarılması ilə bağlı qərar qəbul edib
Mədəniyyət siyasəti
2 Dekabr , 2015 13:38
YUNESKO-nun komitəsi Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”ni qəbul etməyib

Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyanın hamısından mənfi rəy alıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim edilən “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, noyabrın 30-dan Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir.

Sessiya çərçvəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb.

Bundan öncə, YUNESKO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyanın hamısından mənfi rəy alıb.

Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi