“Forumla mədəniyyət düzəlir? Ölkədə keçirilən forumlarda yaxşı fikirlər səslənir, ancaq onları həyata keçirmək üçün mexanizm yoxdur”.
Bunu “Report”a müsahibəsində Xalq rəssamı, “Şöhrət” ordenli Arif Hüseynov deyib.
O hesab edir ki, rəssamlarla bağlı ildə azı bir dəfə sərgi keçirmək olar:
“Son 30 ildə Azərbaycan İncəsənət Muzeyinin kolleksiyasında çox cüzi bir dəyişiklik edilib. Yəni, 30 ildə Azərbaycanda rəssamlar yetişməyib? Əlbəttə, yetişib. Odur ki, yaxşı işlər alınmalıdır. Mən başa düşürəm, işlər çoxdur. Ancaq mədəniyyət ikinci ordudur. Bəzən bir əsərin və ya hansısa bir filmin elə gücü olur ki, biz təsəvvür belə etmirik. Bilirsiniz ki, mən 2008-ci ildən Prezident təqaüdü alıram. Onda dedim ki, daha gül, alma şəkli çəkib satmayım. Qarabağa aid işlər hazırlamışam, bunları aldığım Prezident təqaüdü hesabına etmişəm. Özümə bununla bağlı sosial sifariş vermişəm. Əgər mən təqaüdü almasaydım, bu işlərin heç birini görə bilməzdim”, - A.Hüseynov bildirib.
Xalq rəssamının geniş müsahibəsini bu link vasitəsilə oxuya bilərsiniz.