TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb

TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb
Mədəniyyət siyasəti
14 Oktyabr , 2023 17:06
TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası başa çatıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

İclasın bugünkü yekun tədbirində çıxış edən mədəniyyət naziri Adil Kərimli tədbirin çox uğurlu keçdiyini bildirib: "İclasda qəbul olunmuş qərarlar həm TÜRKSOY, həm də onun üzv dövlətləri üçün faydalı olacaq".

İclasda həmçinin maliyyə məsələlərinin tənzimlənməsi, kadr qaydaları, vəzifə və iş qaydaları və s. məsələlər üzrə vacib qərarlar alınıb.

Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.

Xatırladaq ki, iki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi