DÇ-2028: Azərbaycanın futzal millisi bu gün növbəti matçına çıxacaq

Futbol
  • 05 noyabr, 2026
  • 11:05
DÇ-2028: Azərbaycanın futzal millisi bu gün növbəti matçına çıxacaq

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

"Report"un məlumatına görə, yığma Çexiya ilə üz-üzə gələcək.

Lənkəran Olimpiya İdman Kompleksində saat 16:00-da start götürəcək XII qrupun matçının baş hakimi italiyalı Kiara Perona olacaq.

Qeyd edək ki, Azərbayca millisi bu rəqiblə keçirdiyi ilk görüşdə 1:2 hesabı ilə uduzub.