​Polad Bülbüloğlu "Vitebsk Slavyan bazarı" festivalının münsiflər heyətinə rəhbərlik edəcək

​Polad Bülbüloğlu "Vitebsk Slavyan bazarı" festivalının münsiflər heyətinə rəhbərlik edəcək Festivalda 40-dan artıq ölkə iştirak edəcək
Mədəniyyət siyasəti
9 İyul , 2015 11:43
​Polad Bülbüloğlu Vitebsk Slavyan bazarı festivalının münsiflər heyətinə rəhbərlik edəcək

Bakı. 9 iyul. REPORT.AZ/ "Slavyan bazarı Vitebsk-2015" XXIV Beynəlxalq İncəsənət Festivalında 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, festivalın təntənəli açılış mərasimi bu axşam keçiriləcək.

"İlk növbədə festivala qatılan müxtəlif ölkələrin builki beynəlxalq müsabiqəyə marağının xeyli artdığını müşahidə edirik", - festivalın direktoru Aleksandr Sidorenko jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsas proqrama 90-dan artıq tədbir daxildir, onlardan 18 konsert festivalın əsas səhnəsində keçiriləcək. Onlarla tədbir teatr proqramı çərçivəsində təşkil olunacaq, o cümlədən, küçə tamaşaları festivalı və beynəlxalq müsabiqələr də baş tutacaq.

Sidorenkonun sözlərinə görə, "Vitebsk-2015" beynəlxalq estrada mahnı müsabiqəsini keçirmək üçün burada professional və yüksək statuslu münsiflər heyəti çalışacaq. Həmin münsiflər heyətinə müğənni, bəstəkar, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu rəhbərlik edəcək. Münsiflər heyətinin tərkibinə Mariya Serifovic (Serbiya), bəstəkar Oleq İvanov (Rusiya), bəstəkar Leonid Şirin (Belarus), həmçinin, Ukrayna, Latviya, İsveç, Böyük Britaniya nümayəndələri də daxil edilib.

"Vitebsk Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalı iyulun 13-nə qədər davam edəcək, əlavə tədbirlərin iyulun 15-dək keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi