Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb Bakı. 8 iyun. REPORT.AZ/ Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.
Mədəniyyət siyasəti
732
8 İyun , 2018 14:01
Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, ittifaqın İdarə heyətinin qərarı ilə xalq artisti, professor O.Mirqasımov Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə 2018-ci ilin “Milli Kino” mükafatına layiq görülüb. Mükafatın məbləği 2000 manatdır. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 12-də kinorejissor, xalq artisti Oqtay Mirqasımovun 75 yaşı tamam olur. 

Son xəbərlər

Orphus sistemi