Nizami Qasımov: "Basqalda görülən işlər nəzərdə tutulanların 50 %-i əhatə edir"

Nizami Qasımov: "Basqalda görülən işlər nəzərdə tutulanların 50 %-i əhatə edir" Basqal qəsəbəsinin əsas turizm yönümlü hissəsi 50 hektar ərazidə yerləşir. Bizim əsas məqsədimiz ərazidə turizm infrastukturunun yaradılması idi. Bu məqsədlə Bakı-İsmayıllı magistralından kəndə 4 km-lik asfalt yol çəkildi.
İnfrastruktur
13 Avqust , 2022 20:39
Nizami Qasımov: Basqalda görülən işlər nəzərdə tutulanların 50 %-i əhatə edir

Basqal qəsəbəsinin əsas turizm yönümlü hissəsi 50 hektar ərazidə yerləşir. Bizim əsas məqsədimiz ərazidə turizm infrastukturunun yaradılması idi. Bu məqsədlə Bakı-İsmayıllı magistralından kəndə 4 km-lik asfalt yol çəkildi.

“Report” xəbər verir ki, bunları Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mediatur zamanı qoruğun yeni inzibati binası haqqında məlumat verərkən bildirib.

O qeyd edib ki, ötən dövr ərzində infrastrukturun yaxşılaşdırılması üçün turizm informasiya mərkəzi və 50 maşınlıq avtodayanacaq yaradılıb.

“Basqal qəsəbəsində iki tarixi küçə artıq təmir olunub və yenidən qurulub. Bu küçələr artıq turistlərin ixtiyarına verilib. Küçələrdə həm kommunikasiya xətlərinin yaradılması, həm də qəzalı binaların bərpası nəzərə alınıb və onlara tipoloji yanaşılıb. Küçələrdə qaz və kommunikasiya xətləri görünmür, çünki yerin altı ilə çəkilib.

Qoşabulaq küçəsində elektrik və rabitə xətləri yenilənib. Bazar meydanı adlanan ərazi də turizm konsepsiyasına uyğun işlənilib. Buradakı hamam və tarixi məscid xüsusi olaraq nəzərə alınıb. Hamam artıq muzey kompleksi kimi istifadəyə verilib. Məsciddə isə arxeoloji qazıntılar aparılır. Yalnız bundan sonra onun bərpası ilə məşğul olunacaq”, - N.Qasımov bildirib.

O əlavə edib ki, hələ işlərin yalnız 50 faizi tamamlanıb. Bundan sonra Basqal qəsəbəsinin digər küçələri də təmir olunacaq. N.Qasımov həmçinin qəsəbənin təmirinin başa çatmasından sonra yaxın kəndlərin də təmir olunacağını bildirib.

Son xəbərlər

Orphus sistemi