“Nine Sense” art-mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub

“Nine Sense” art-mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub.
Mədəniyyət siyasəti
29 Dekabr , 2023 00:35
“Nine Sense” art-mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub

“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub.

“Report” xəbər verir ki, sərgidə Azərbaycanın gənc rəssam və heykəltaraşlarının hazırladıqları yolkanın ənənəvi görünüşünün iyirmi yaradıcı interpretasiyası nümayiş olunub.

Yeni il kompozisiyaları mərmər, kağız, məftil, gil, metal, ağac, polyester və s. kimi müxtəlif materiallardan hazırlanıb.

“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru Natalya Jukova jurnalistlərə deyib ki, Azərbaycan rəssamları öz yaradıcı yanaşmaları sayəsində ənənəvi şam ağacını heyrətamiz sənət nümunələrinə çeviriblər.

Onun sözlərinə görə, “rəssamlar bizim təbii müttəfiqlərimizdir, onlar şam ağacının unikal qavrayışlarını ifadə edə biliblər.

Qeyd edək ki, “ART-ELKA” Mədinə Axundbəyli, Namik Hüseynov, Samir Səmədov, Zamiq Rzayev, Fidan Qəmidzadə, Fərid Rzayev, Vera Aksamentova, Dilyarə Tağıyeva, Akif Hacızadə, Əliyar Allahverdiyev, Günay Bağışova, Gülşən Əsədova, Elmir Yaqubov, Olesya Katmandu və s. rəssamların əsərləri təqdim olunub.

Tədbir İncəsənət Mərkəzinin müəllimi İlhamə Babayevanın vokal müşayiəti ilə ekstatik dens (sərbəst rəqs praktikası) ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi