“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində üç gündür ki, möhtəşəm bayram keçirilir. Builki festival beynəlxalq miqyasda keçirilməsi ilə əlamətdar oldu. Doqquz ölkədən qonağımız vardı. Proqram isə olduqda rəngli və əsrarəngiz çıxışlarla zəngin idi”.
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir xatırladıb ki, artıq ikinci ildir festival Şuşada qeyd olunur: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşanı azad edib. Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş günlər yaşadırıq. Bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin və digər dahi şəxsiyyətlərin ruhu şad olsun. Çünki onlar çox istəyirdi ki, festival yenidən Şuşada keçirilsin. Dövlət başçısı da bu vəsiyyəti yerinə yetirdi”.