Nazir: "UNESCO siyasiləşmiş təşkilata çevrilib"

Nazir: "UNESCO siyasiləşmiş təşkilata çevrilib" "Artıq UNESCO Yeni il tətilinə gedib. Tətildən əvvəl də onlarla daim təmasda idik. Təəssüflər olsun ki, onlardan istədiyimiz reaksiyanı görmədik. Bu da bizi təşkilatın siyasiləşdiyini deməyə sövq edir".
Mədəniyyət siyasəti
155
21 Dekabr , 2021 12:50
Nazir: UNESCO siyasiləşmiş təşkilata çevrilib
Anar Kərimov

"Artıq UNESCO Yeni il tətilinə gedib. Tətildən əvvəl də onlarla daim təmasda idik. Təəssüflər olsun ki, onlardan istədiyimiz reaksiyanı görmədik. Bu da bizi təşkilatın siyasiləşdiyini deməyə sövq edir".

Bu fikirləri "Report"a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

"Biz dünyada hörmət qazanan beynəlxalq təşkilatın siyasiləşməsini və qərəzli yanaşmalar tətbiq etməsini istəməzdik. Təşkilatın idaretmə orqanlarına üzv seçilməyimiz bizə imkan verəcək ki, neqativ meyillərin qarşısını alaq. Ümid edək ki, təşkilat öz mandatına uyğun olaraq fəaliyyət göstərəcək. Həm işğaldan azad edilən ərazilərə tekniki missiya göndərəcək, həm də Qarbağdan qeyri-qanuni çıxarılan mədəni mirasımızın geri qaytarılmasını təmin edə bilməsə də, ən azı o ölkəni qınayacaq və pisləyəcək", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi