Meksikanın Bakıdakı səfirliyində Ölülər Günü ilə bağlı tədbir keçirilib

Meksikanın Bakıdakı səfirliyində Ölülər Günü ilə bağlı tədbir keçirilib Meksika səfirliyi Bakıda bu ölkənin milli bayramı - Ölülər Gününə həsr olunmuş tədbir təşkil edib.
Mədəniyyət siyasəti
28 Oktyabr , 2023 17:27
Meksikanın Bakıdakı səfirliyində Ölülər Günü ilə bağlı tədbir keçirilib

Meksika səfirliyi Bakıda bu ölkənin milli bayramı - Ölülər Gününə həsr olunmuş tədbir təşkil edib.

“Report” xəbər verir ki, Meksikanın müvəqqəti işlər vəkili Aristeo Qonzales Qerrero tədbirdə çıxışı zamanı bu bayramın Meksika mədəniyyətindəki tarixindən danışıb.

Diplomat qeyd edib ki, Ölülər Günündə meksikalılar vəfat etmiş qohumlarının ruhları ilə ünsiyyət qurmaq üçün qəbiristanlıqları ziyarət edir, məzarların üzərinə fotoşəkillər, mərhumun sevimli içkiləri və yeməkləri düzülür.

Bundan başqa, Ölülər Günü münasibətilə səfirlikdə bu il vəfat edən məşhur meksikalı aktyor Çabelonun (Chabelo, Xavier López Rodriguez) xatirəsinə altar qurulub.

“Çabelonu bütün meksikalılar sevir. O, çoxlu nəsillər yetişdirib. O, uşaq verilişlərinə aparıcılıq edirdi. Çabelo onlarla film, serial və telenovela ərsəyə gətirib. Amma ilk növbədə onu hamımız Çabelo kimi xatırlayırıq. Meksikada ona həsr olunmuş çoxlu altarlar var”, - meksikalı diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi