Musiqi məktəblərində müəllimlərin iş yerinin dəyișdirilməsi qaydası açıqlanıb

Mədəniyyət siyasəti
  • 20 aprel, 2022
  • 15:06
Musiqi məktəblərində müəllimlərin iş yerinin dəyișdirilməsi qaydası açıqlanıb

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində müəllimlərin iş yerinin dəyişdirilməsinə müvafiq regional idarələr tərəfindən fərdi qaydada baxılır.

"Report" xəbər verir ki, bu barədə Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydalarında deyilir.

Qaydalara əsasən, yerdəyișmə müvafiq vakant vəzifələr olduğu təqdirdə həyata keçirilir. Yerdəyişmə zamanı müəssisələrin yerləşdiyi rayon va șəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır. Yerdəyişmə zamanı müharibə iştirakçıları və șəhid ailə üzvləri üstünlük hüququna malikdir.