Kürdəmirdə musiqi məktəbinin damı çöküb, döşəməsi çürüyüb, divarları çatlayıb

Kürdəmirdə musiqi məktəbinin damı çöküb, döşəməsi çürüyüb, divarları çatlayıb “Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin binası qəzalı vəziyyətdədir və bina tədris üçün yarasız olsa da biz işimizi davam etdiririk”.
Mədəniyyət siyasəti
148
16 Mart , 2022 14:39
Kürdəmirdə musiqi məktəbinin damı çöküb, döşəməsi çürüyüb, divarları çatlayıb

“Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin binası qəzalı vəziyyətdədir və bina tədris üçün yarasız olsa da biz işimizi davam etdiririk”.

Bunu “Report”un Yuxarı Şirvan bürosuna məktəbin müdiri Qəndab Zülfüqarova bildirib.

O əlavə edib ki, musiqi məktəbinin inzibati binasının təmir olunması üçün bir neçə dəfə müraciət etsə də hələlik heç bir iş görülməyib.

Q.Zülfüqarovanın sözlərinə görə, məktəb yaşayış binalarının əhatəsində olduğundan qış aylarında yağış və qurunt suları məktəbə dolur: “Pedaqoji kollektiv illərdir ki, bu acınacaqlı vəziyyətdə dərs keşmək məcburiyyətində qalıb. Onlar rayonda yeni müasir tələblərə cavab verən musiqi məktəbinin tikilməsini istəyirlər”.


Musiqi məktəbinin müdiri deyib ki, bina istismar müddətini çoxdan başa vurub: “Binanın dam örtüyü çöküb, döşəməsi çürüyüb, divarları isə çatlayıb. Məktəbin musiqi alətləri də köhnəlib, sıradan çıxaraq yarasız hala düşüb. Bina tədris üçün yarasız vəziyyətdə olasa da, biz işimizi dayandırmırıq. Mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat vermişik. Lakin bu günə qədər heç bir iş görülməyib”.

Şagirlərin sayı artdığından məktəbdə sinif otağı çatışmazlığı yaranıb. Buna görə də məktəb rəhbərliyi bir sinfi iki yerə bölərək otaqların sayını artırıb. Bu da tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Məsələ ilə bağlı Kürdəmir Regional Mədəniyyət idarəsinin rəis müavini Vaqif Alıyev “Report”un yerli bürosuna bildirib ki, mövcud vəziyyətlə tanışdılar və adiyyəti üzrə məlumat verilib: “Kürdəmir Uşaq İncəsənət Musiqi Məktəbi üçün yaxın vaxtlarda rayonda, standartlara cavab verən uşaq musiqi məktəbinin tikintisi həyata keçriləcək”.
Məlumat üçün bildirək ki, musiqi məktəbinin inzibati binası 1953-cü ildə Kürdəmir Rayon Yol İstismar İdarəsinin yataqxanası kimi tikilərək istifadəyə verilib.

1966-cı ildən rayon rəhbərliyinin təşəbbüsü ilə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Əvvəlcə məktəbdə 3 müəllim və bir neçə şagirdlə 2 ixtisas üzrə tədris həyata keçirilib. Sonralar rayonda musiqiyə maraq artdıqca müəllim və şagirlərin sayı artıb.

Hazırda məktəbdə 9 ixtisas üzrə 313 şagirdin tədrisi ilə 83 müəllim məşğul olur.

Son xəbərlər

Orphus sistemi