Hindistan səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə tədbirlər keçirəcək

Hindistan səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə tədbirlər keçirəcək 21 iyun 2022-ci il tarixində qeyd olunacaq VIII Beynəlxalq Yoqa Günü (IDY 2022) münasibətilə Azərbaycanda silsilə tədbirlər keçiriləcək.
Mədəniyyət siyasəti
25 May , 2022 12:01
Hindistan səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə tədbirlər keçirəcək

İyunun 21-də qeyd olunacaq VIII Beynəlxalq Yoqa Günü (IDY 2022) münasibətilə Azərbaycanda silsilə tədbirlər keçiriləcək.

“Report” xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın sözlərinə görə, səfirlik müxtəlif yoqa məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və onun ətrafında yerləşən məşhur məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında yoqa tədbirləri təşkil edəcək. Bundan başqa, regional gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada yoqa tədbirləri keçiriləcək.

Yoqa müəllimləri Kənan Məmmədov (“Art of Living”), Elçin Quliyev (Klassik Yoqa Məktəbi), Səbinə Şahi (“Yoga Shahi Studio”), Ruqiya Əşrəfli (Ruchira Yoga Space), Lalə Xancanova və Preeti Ullas sözügedən yoqa seanslarına rəhbərlik edəcəklər.

İlk iki sessiya mayın 26 və 30-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi