Gürcüstanda festivalda Azərbaycan xalçaları, musiqi alətləri, geyimləri nümayiş etdirilib

Gürcüstanda festivalda Azərbaycan xalçaları, musiqi alətləri, geyimləri nümayiş etdirilib Gürcüstanın paytaxtı Tbilisidə “Mənim rayonum” multikultural festivalı keçirilib.
Mədəniyyət siyasəti
17 İyun , 2024 20:20
Gürcüstanda festivalda Azərbaycan xalçaları, musiqi alətləri, geyimləri nümayiş etdirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Mənim rayonum” multikultural festivalı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, festivalda Azərbaycan mədəniyyətini əks etdirən "Azərbaycan stendi" quraşdırılıb.

Tədbirdə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyi də təmsil olunub. Muzeyin kollektivi "Azərbaycan guşəsi" yaradıb.

Guşədə Azərbaycanın mədəniyyət, incəsənət və tarixinə dair nümunələr - Qarabağ və Borçalı xalçaları, milli musiqi alətləri, geyimlər nümayiş etdirilib.

Tədbir çərçivəsində Krtsanisi rayonunun İoseb Qrişaşvili adına parkın ərazisi qədim Tbilisinin atributları ilə bəzədilib.

Bu ərazidə yaşayan gürcü, abxaz və digər xalqların nümayəndələri də milli guşələr təşkil ediblər.

Krtsanisi rayonunun məktəbliləri və peşəkar aktyorlar köhnə Tbilisi həyətini yeni teatrlaşdırılmış tamaşa ilə canlandırıblar.

Həmçinin burada məktəblilərin “Multikultural Tbilisi” mövzusunda çəkdikləri rəsmlər sərgilənib.

Sərgi çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.

Son xəbərlər

Orphus sistemi