Görkəmli bəstəkar Fikrət Əmirovun məzarı ziyarət olunub

Görkəmli bəstəkar Fikrət Əmirovun məzarı ziyarət olunub Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Mədəniyyət siyasəti
22 Noyabr , 2022 12:19
Görkəmli bəstəkar Fikrət Əmirovun məzarı ziyarət olunub

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bəstəkarın məzarı üzərinə tər güllər qoyulub, xatirəsi yad edilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirov xatirələrdə daim yaşayır: "Onun əsərləri qəlbimizə yol açır. Fikrət Əmirovun ailədə gördüyü milli musiqiyə münasibət bu sənətə necə vurğun olduğunun göstəricisi idi. Onun milli musiqiyə söykənən əsərləri, dünyanın bir çox tanınmış konsert salonlarında səsləndirilir".

Xatırladaq ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Son xəbərlər

Orphus sistemi