ƏSA Teatrı İkinci Qarabağ müharibəsi ilə bağlı film-tamaşa hazırlayır

ƏSA Teatrı İkinci Qarabağ müharibəsi ilə bağlı film-tamaşa hazırlayır "Düşünürəm ki, 5 illik fəaliyyətdən sonra ƏSA Teatrının dövlətdən tam dəstək alması, yəni teatra dövlət statusunun verilməsi zəruridir".
Mədəniyyət siyasəti
129
3 Sentyabr , 2021 13:27
ƏSA Teatrı İkinci Qarabağ müharibəsi ilə bağlı film-tamaşa hazırlayır
Nihad Qulamzadə

"Hesab edirəm ki, 5 illik fəaliyyətdən sonra ƏSA Teatrının dövlətdən tam dəstək alması, yəni teatra dövlət statusunun verilməsi zəruridir".

Bunu "Report"a açıqlamasında ƏSA Teatrının direktoru Nihad Qulamzadə mədəniyyət ocağının fəaliyyətini qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, özəl teatrın 5 il ərzində davamlı və aktiv fəaliyyət göstərməsi təqdirəlayiq olduğu kimi, həm də çətindir: "Bu illər ərzində bir çox problemlərlə qarşılaşsaq da, kollektiv şəkildə pozitivə köklənmişik. Məhz kollektiv ruhuna görə bu gün 5 yaşımızı passiv yox, aktiv fəaliyyət xəttilə qeyd edirik. Nəyə görə ölkəmizin ilk inklüziv teatrı, fəaliyyət göstərdiyi müddətdə daima uğurlar qazanan, ictimai rəğbətə sahib olan teatr dövlət statusunda olmasın? 5 il ərzində bir çox çətinliklərə baxmayaraq, uğurla fəaliyyət göstərmişiksə, deməli, çətinliklər olmadan bu uğurlardan qat-qat artığını sərgiləmək potensialımız var".

Direktor teatrın məqsədlərindən də danışaraq bildirib ki, ƏSA cəmiyyətə lazımdır: "Məqsədimiz teatrın daha faydalı və məhsuldar olmasıdır. İnanıram ki, bu arzumuz reallaşacaq. Bütün kollektivin ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır".

N.Qulamzadə vurğulayıb ki, hazırda ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunmuş film-tamaşanın hazırlanmasına başlayıb: "Layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunmasını planlaşdırırıq. İrəliləyən günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi