Əli İsa Cabbarov: Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir

Əli İsa Cabbarov: Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir.
Mədəniyyət siyasəti
10 mart 2025 12:43
Əli İsa Cabbarov: Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir
Əlisa Cabbarov

Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir.

“Report” xəbər verir ki, bunu  Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov “Cinema Talks” çərçivəsində keçirilən panel müzakirədə bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: 

“Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır.

Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu

“Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə, bunları da demək lazımdır”.

Xalq artisti Xalidə Quliyeva da sözügedən müzakirəyə münasibət bildirib. Aktrisa bildirib ki, bu gün kino sənayesindən danışılırsa, bu, çox gülməlidir:

“Çünki kino sənətdir. Bu gün hansısa erməni filmi "Oscar" mükafatına təqdim olunacaq səviyyəyə qədər gedib çıxırsa, demək, orada adamı var. Bizim adamımız niyə yoxdur? Niyə o cür böyük təşkilatlarda biz də təmsil olunmuruq?”

Panel mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi