Əl-Tüveycri: “Nizami Gəncəvi irsi bütün bəşəriyyətə məxsusdur”

Əl-Tüveycri: “Nizami Gəncəvi irsi bütün bəşəriyyətə məxsusdur” “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsini qorumaq, yaymaq və təbliğ etmək lazımdır”.
Mədəniyyət siyasəti
8 İyun , 2023 14:34
Əl-Tüveycri: “Nizami Gəncəvi irsi bütün bəşəriyyətə məxsusdur”

“Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsini qorumaq, yaymaq və təbliğ etmək lazımdır”.

“Report” xəbər verir ki, bunu ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri bu gün Gəncədə böyük Azərbaycan şairi və mütəfəkkirinin irsinə həsr olunmuş paneldə deyib.

"Gəncədə ilk dəfədir oluram, bu, mənim üçün böyük şərəfdir. Çünki “Azərbaycan” sözünü eşidəndə ağlıma ilk gələn şəxs Nizami Gəncəvi olur”, - o vurğulayıb

Onun fikrincə, Nizami Gəncəvi irsi bütün bəşəriyyətə məxsusdur: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin rəhbərliyi ilə şairin ideyalarını çox yaxşı təbliğ edir. Mən bu təşkilatın bir hissəsi olmaqdan qürur duyuram”.

Son xəbərlər

Orphus sistemi