Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq" "Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keç
Mədəniyyət siyasəti
17 Sentyabr , 2021 18:55
Dövlət Xidməti: Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırkı vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününküləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək: "Əldə olunan faktlar tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq".

Son xəbərlər

Orphus sistemi