Deputat: "Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq"

Deputat: "Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq" "Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq".
Mədəniyyət siyasəti
20 Sentyabr , 2022 11:11
Deputat: Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq
Qənirə Paşayeva

"Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası var: "İştirakçıların Şuşada düşmən barbarlığını görmələri vacib idi. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayırlar. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır".

Son xəbərlər

Orphus sistemi