Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.
Mədəniyyət siyasəti
28 Dekabr , 2024 17:36
Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.

"Report" xəbər verir ki, fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.

Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.

Qeyd edək ki, sərgi Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı baş tutub.

Son xəbərlər

Orphus sistemi