"CinemPlus"da “Qız Qalası" filminin premyerası keçirilib

"CinemPlus"da “Qız Qalası" filminin premyerası keçirilib "CinemPlus"da“Qız Qalası" filminin premyerası keçirilib.
Mədəniyyət siyasəti
27 Fevral , 2023 20:42
CinemPlusda “Qız Qalası filminin premyerası keçirilib

Gənclik Mall-da yerləşən Cinemaplus kinoteatrında qısametrajlı “Qız Qalası” filmi media nümayəndələrinə və gecəyə qatılan qonaqlara təqdim olunub.

"Report" xəbər verir ki, müstəqil “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.

Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur.

Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

Filmin məzmununa gəlincə, hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.

“Qız Qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir.

Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…

Qeyd edək ki, film tam olaraq geniş auditoriyada, televiziya və onlayn platformalarda yaxın günlərdə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi