Bakıda V Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışı olub

Bakıda V Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışı olub Sentyabrın 28-30-da davam edəcək sərgidə iştirak sərbəstdir
Mədəniyyət siyasəti
28 Sentyabr , 2017 12:31
Bakıda V Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışı olub
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, xalq yazıçısı Elçin Əfəndiyev, Çingiz Abdullayev və bir sıra ictimai xadimlər iştirak ediblər.

Ə.Qarayev bildirib ki, bu sərgi dərin ənənələrə malik Azərbaycan ədəbiyyatının fasiləsiz olaraq zənginləşdiyini sübut edir: "Azərbaycan insanı bütün şüurlu zaman parçalarında kitaba müqəddəs baxıb. Xalqımız kitaba xüsusi önəm verir. Bü gün texnologiya nə qədər inkişaf etsə də, əlimizdə olan kitab biliyin mənbəyi olaraq qalmaqdadır. Bu il uşaq ədəbiyyatı ili elan olunması sevindirici hal idi. Bu sahədə bir çox yeni nəşrlər çap olunub, çoxlu kitablar təqdim edilibh. Bu istiqaməti gələcəkdə də davam etdirəcəyik. Bərpa nəşr layihəsi də çox uğurla davam edir".

E.Əfəndiyev deyib ki, kitab bayramı xalqın bayramıdır: "Kitab xalqın intellektini, gələcəyini formalaşdırır. Bu sərgi nəinki Azərbaycan ədəbiyyatının, həmçinin Azərbaycan dilinin tanıdılmasına kömək edir. İnanıram kı, bu il sərgidə 40 nəşriyyat iştirak edirsə, gələn il 140 nəşr iştirak edəcək".

Qeyd edək ki, sentyabrın 28-30-da davam edəcək sərgidə iştirak sərbəstdir.

Son xəbərlər

Orphus sistemi