Bakıda avstraliyalı bəstəkar Con Varneylə musiqili görüş keçirilib

Bakıda avstraliyalı bəstəkar Con Varneylə musiqili görüş keçirilib Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aprelin 9-da avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varneylə "Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi" adlı musiqili görüş baş tutub.
Mədəniyyət siyasəti
9 aprel 2025 15:55
Bakıda avstraliyalı bəstəkar Con Varneylə musiqili görüş keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aprelin 9-da avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varneylə "Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi" adlı musiqili görüş baş tutub.

"Report" xəbər verir ki, görüşdə C.Varney öz yaradıcılığı və ümumi musiqi barədə danışıb, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı, beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərmin İsgəndərovanın müşayiəti ilə musiqi parçaları ifa edib.

Uzun illərdir, Bakıda olan bəstəkar Azərbaycan musiqilərini çox sevdiyini deyərək Tofiq Quliyevin "Görüş" filmi üçün yazdığı "Arzular" mahnısını kontrabasda səsləndirib.

Bundan başqa, T.Quliyevin "Qaytağı", Tofiq Bakixanovun “Eleqiya", Revaz Laqidzenin “Çiçəyin naxışını xatırlayıram" və Covanni Bottezinin "Eleqiya və Tarantella" əsərləri də peşəkar musiqiçilərin müşayiəti ilə təqdim olunub. 

Qeyd edək ki, Con Varney ömrünün çox hissəsini kontrabas ifaçılığına həsr edib. O, Melburn və Sidneydə musiqi təhsili aldıqdan sonra sonra peşəkar orkestrlərdə ifa etməyə başlayıb. Bu isə onun dünyanın ən böyük kontrabas ifaçılarından və musiqi pedaqoqlarından biri olan Franko Petrakçidən ustad dərsi almasına səbəb olub.

Peşəkar ifaçılıqla yanaşı, C.Varney həm öz vətənində, həm də Cənubi Amerika ölkələrində pedoqoji fəaliyyət göstərib. Avstraliyalı kontrabas ifaçısı dünya instrumental musiqisi ilə bərabər, Azərbaycanın bir sıra bəstəkarlarının əsərlərini də kontrabas alətinə uyğunlaşdıraraq, özünəməxsus tərzdə ifa edib.

Foto: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi