Mayın 14-də Bakıda Avropa Şəhərciyi açılacaq.
“Report” xəbər verir ki, tədbir Dənizkanarı Milli Parkda keçiriləcək.
Açılış mərasimində dövlət rəsmiləri, Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri iştirak edəcəklər.
Əvvəlcə əyləncəli sərgi keçiriləcək, daha sonra axşam konserti təşkil ediləcək.