Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb

Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb "Azərbaycanın Mədəniyyət naminə sülh təşəbbüsünə BMT-nin Sivilizasiyalar alyansı və ICESCO qoşulub. Biz bu gün öyrəndik ki, digər təşkilatlar da təşəb büsə maraq göstərir. O cümlədən, Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir".
Mədəniyyət siyasəti
2 Dekabr , 2021 14:32
Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb
Anar Kərimov

"BMT-nin Sivilizasiyalar alyansı və ICESCO Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulub. Biz bu gün öyrəndik ki, digər təşkilatlar da təşəbbüsə maraq göstərir. O cümlədən, Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davam sülhün təmin edilməsidir: "Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir. Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də bu ideyaya böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayrılıb. İndi isə planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".

Son xəbərlər

Orphus sistemi