Azərbaycan Parisdə, UNESCO-nun iqamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.
“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib.
Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub.
Azərbaycan stendini müxtəlif ölkələrin diplomatları, jurnalistlər və digər qonaqlar ziyarət ediblər.
Tədbirdə Parisdə fəaliyyət göstərən Azərbaycan məktəbinin uşaqları milli geyimlərimizi nümayiş etdiriblər. Həmçinin Azərbaycan çayına, çay süfrəsi mədəniyyətinə həsr olunmuş videoçarx da nümayiş olunub.
Qeyd edək ki, ölkəmiz artıq ikinci ildir ki, bu beynəlxalq tədbirdə təmsil olunur.
Festivalda Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, İndoneziya, Şri-Lanka, Vyetnam və digər ölkələr təmsil olunublar.