Azərbaycan “Türk Dünyası Muzeylərinin Həftəsi”ndə iştirak edəcək

Azərbaycan “Türk Dünyası Muzeylərinin Həftəsi”ndə iştirak edəcək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-dən 24-dək “Türk Dünyası Muzeylərinin Həftəsi” keçiriləcək.
Mədəniyyət siyasəti
15 May , 2020 19:00
Azərbaycan “Türk Dünyası Muzeylərinin Həftəsi”ndə iştirak edəcək
Report

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-dən 24-dək “Türk Dünyası Muzeylərinin Həftəsi” keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Fondun Mətbuat xidmətindən bildiriblər.

Lahiyə çərçivəsində mayın 18-dən 24-dək hər gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənclər üçün virtual ekskursiya təşkil ediləcək. Muzeylərlə tanışlıq proqramının açılışı mayın 18-də Azərbaycan Milli Xalça Muzeyindən başlayacaq, ardından Qazaxıstan Milli Muzeyi (19 may), Qırğız Milli İncəsənət Muzeyi (20 may), Türkiyə Troya Muzeyi (21 may), Özbəkistan Dövlət Tarix Muzeyi (22 may), Macarıstan Milli Muzeyi (23 may) ilə dəvam etdiriləcək. Mayın 24-də isə məktəblilər üçün Muzey Həftəsinin rəsmi bağlanışı olacaq.

Bu müddət ərzində gənc tamaşaçılar qədim tarixə və zəngin mədəniyyətə malik olan Türk dövlətlərinin məşhur muzeylərini onlayn səyahət edə biləcəklər.

Proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası muzeyləri ilə tanış etmək, gəncləri Türk ölkərinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməyə cəlb etməkdir.

Son xəbərlər

Orphus sistemi