Yuxarı

Yaponiyada evin damına meteorit qalıqları düşüb

Yaponiyada evin damına meteorit qalıqları düşüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Yaponiyanın Ayti prefekturasının Komaki şəhərindəki yaşayış evinin üstünə meteorit qırıntıları düşüb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, hadisə vaxtı binanın içində olan sakinlər güclü zərbə səsi eşidiblər. Sonra isə evin yanında 10, 5 və 4 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar meteorit parçalarıdır. Onlar maqnit xüsusiyyətlərinə malikdir və metal əşyaları cəlb edirlər.

Yaponiyalı alimlər meteoritin nümunələrinin öyrənilməsini davam etdirmək və onun beynəlxalq reyestrdə rəsmi qeydiyyata alınması üçün sifariş hazırlamaq niyyətindədirlər. Xatırladaq ki, bir müddət əvvəl Niderlanda da yaşı 4,5 milyard il olan meteorit düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi