Avstraliyada "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib

Avstraliyada "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib Bakı. 24 fevral. REPORT.AZ/ Avstraliyanın ştatlarından birində smaylikli avtomobil nömrələrinin istifadəsinə icazə verilib.
Maraqlı
24 Fevral , 2019 08:38
Avstraliyada smaylikli avtomobil nömrələrinin istifadəsinə icazə verilib

Bakı. 24 fevral. REPORT.AZ/ Avstraliyanın ştatlarından birində "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib.

Bu barədə "Report" "Kommersant.tu"ya istinadən xəbər verir.

Bildirilir ki, martın 1-dən Avstraliyanın Kvinslend ştatının sakinləri öz avtomobillərinin nömrə nişanlarına emosiya işarələrini əlavə edə biləcəklər. "Personalised Plates Queensland" (PPQ) dövlət şirkətindən bildirilib ki, köhnə nömrənin dəyişikliyi üçün yenilik ştat sakinlərinə 85 dollara başa gələcək. Yeni qeydiyyat nişanları üçün bu rəqəm 475 dollara qədər artacaq.

Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib. Bunlar gülümsəyən, göz vuran, aşiq, gün eynəkləri və gülüşdən kövrələn emosiyalardır. 

Daha əvvəl Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi