Şimali Amerikada ən qədim insan izləri aşkarlanıb

Şimali Amerikada ən qədim insan izləri aşkarlanıb Norveçin Tronheim Elm və Texnologiya Universitetinin alimləri ABŞ-ın Nyu-Meksiko ştatındakı Uayt Sends Milli Parkında qədim gölün dibində aşkarlanan qədim insan ayaq izlərinin yaşını müəyyən ediblər.
Maraqlı
7 Oktyabr , 2023 03:46
Şimali Amerikada ən qədim insan izləri aşkarlanıb

Norveçin Tronheim Elm və Texnologiya Universitetinin alimləri ABŞ-ın Nyu-Meksiko ştatındakı Uayt Sends Milli Parkında qədim gölün dibində aşkarlanan qədim insan ayaq izlərinin yaşını müəyyən ediblər.

"Report"un "Science" elmi jurnalındakı məqaləyə istinadən verdiyi xəbərə görə, tapıntı Şimali Amerika qitəsində insanların mövcudluğunun ən erkən əlaməti olub.

Mütəxəssislərin qənaətincə, Uayt Sendsdəki ayaq izləri 21-23 min il əvvəlki dövrə aiddir. Bu, əvvəlki təxminlərdən xeyli əvvəldir, buna görə insanların Şimali Amerikada 14 min ilə 16 min il əvvəl, müasir Çukotka ilə Alyaska arasında Berinq boğazından keçən quru keçidi zamanı meydana çıxıb.

Yeni hesablamalar kvars dənələrinin və qədim iynəyarpaqlardan əldə edilən qalıq tozcuqların analizlərinə əsaslanır.

Tədqiqatçıların fikrincə, tapıntı arxeoloqların müasir insanların əcdadlarının “yeni qitə”yə nə vaxt gəlib çıxması ilə bağlı mövcud fikirlərini alt-üst edir.

Son xəbərlər

Orphus sistemi